29 Noyabr 2018 22:24
1 640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Böyük Millət Məclisi Ekologiya Nazirliyinin təklifi əsasında hazırlanan qanun layihəsində alış-veriş mərkəzlərində sellofan torbaların 25 kuruşa (təqribən 10 qəpiyə) vətəndaşlara satılmasına dair dəyişikliyi təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, məqsəd ətraf mühitin mühafizəsini gücləndirməkdir.

Qeyd edək ki, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi də polietilen torbalardan istifadənin mərhələli şəkildə qadağan edilməsi nəzərdə tutan təkliflərlə parlamentə müraciət edib.

Təkliflərdə kiçik polietilen torbaların marketlərdə ödənişli olması nəzərdə tutulub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər