25 Fevral 2019 22:39
1 158
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Zellandiyada dizayner işləyən Kim Kroslandın corablarının hər gün müəmmalı şəkildə yox olması ilginc iddialara yol açıb.

Teleqraf.com xəbər verir ki, qadın dizayner hər şeyin bir neçə il əvvəl başladığını bildirib.

Əvvəllər buna o qədər əhəmiyyət verməsə də sonradan evdə tək olmadığını hiss edən kimi qorxmağa başlayıb.

Bundan sonra Kim Krosland müəmmalı vəziyyəti aydınlaşdırmaq üçün coraba öz telefon nömrəsini yazır və üzərinə “Xahiş edirəm, bu corabı tapsanız, zəng edin”, qeydini əlavə edir.

Plan baş tutur və qadın buna cavab olaraq belə bir mesaj alır: “Salam. Corablarınızı yaşadığınız yerdə tapdım”.
Bundan sonra məlum olub ki, corabları qonşudakı Billi adlı pişik aparırmış. Kim Kroslandın mobil nömrəsinə də Billinin sahibləri mesaj yazıblar.

Ən maraqlısı budur ki, Billinin sahibləri oğru pişiklərinin gətirdiyi corabları yığıb saxlayıblar və bunların kimə məxsusluğundan xəbərsiz olublar.

Billinin ən azı 5 evdən bu yolla corab oğurladığı da üzə çıxıb. Kim Krosland isə oğru pişiyin izinə düşmək üçün evə gizli kamera yerləşdirib və oğurluq zamanı onu iş başında tutub.


Müəllif: Mənsur Rəğbətoğlu