“Homo Deus: Sabahın qısa tarixi”, “21-ci əsr üçün 21 dərs” kimi məşhur kitabların müəllifi olan İsrail tarixçisi Yuval Harari süni intellekt barədə xəbərdarlıq edib.
Teleqraf.com xəbər verir ki, Davosda danışan Harari süni intellekt inqilabının yalnız siniflər arasında deyil, ölkələr arasında da bərabərsizlik yaradacağını deyib.
19-cu əsrdə İngiltərə və Yaponiyanın başlatdığı sənayeləşməyə bənzər bir prosesi indi də ABŞ və Çinin həyata keçirdiyini vurğulayan Harari bəşəriyyəti çətin günlər gözlədiyini bildirib.
Yuvar Hararinin fikrincə, bəşəriyyət süni intellektin doğurduğu bərabərsizlik səbəbindən rəqəmsal diktatura təhlükəsi ilə üzləşəcək. Tarixçi bu təhlükəni sadə yolla izah edib: “Təkcə cəmiyyət və iqtisadiyyat deyil, həm də bədənimiz və zehinlərimiz süni intellektin inkişafı ilə fərqli bir dövrə qədəm qoyacaq. Robotların çoxluğu səbəbindən 10 il ərzində insanlar yararsız hala düşəcək.
Süni intellektin inkişafı nəticəsində kütlə iqtisadi və siyasi gücünü itirəcək”.