18 İyun 01:36
5 231

Yunanıstanda koronavirus pandemiyası səbəbindən uzun müddətdir bağlı qalan fahişəxanaların fəaliyyətinə icazə verilib.

Teleqraf.com xəbər verir ki, fahişəxanalar iyunun 15-dən işləməyə başlasa da, seks işçiləri sərt qaydalardan narazılıq edirlər.

“Röyter”in məlumatına görə, fahişəxanalara üz tutan müştərilərdən şəxsiyyət vəsiqəsi tələb olunacaq, içəridə 15 dəqiqdən artıq qala bilməyəcəklər. Maskadan istifadə məcburi olacaq, yataq dəstləri hər müştəridən sonra dəyişdiriləcək və ödəmələr nağd olaraq qəbul edilməyəcək.

Fahişəxanalardan birinin sahibi Anna Kouroupou qərardan narazılıq edib: “Müştərilər bizə şəxsiyyət vəsiqələrini verəcəklər? Sizə deyirəm, insanlar ac qalacaq”.

Afinada bir fahişəxananı işlədən Rita da, qaydaları “axmaq” adlandırıb və bunun seks işçilərini qeyri-qanuni işləməyə məcbur edəcəyini deyib.


Müəllif: Mənsur Rəğbətoğlu