Türkiyənin Bursa şəhərində yerləşən tarixi qala divarlarından əsrlərdir süd tökülür.
Teleqraf.com xəbər verir ki, Uluabat kəndindəki “Süd” qalasından hər cümə günü hava quraq olsa belə süd axır.
Kənddə tarixi qalada körpəsi olan bir qadının onunla birlikdə öldürüldüyü barədə şayiələr var. İddiaya görə, o vaxtdan bəri hər cümə qala divarlarından süd axır.
Yağış yağmadığı ən quraq yay günlərində belə hər cümə günü qaladan südə bənzər ağ maye axır.
Ətrafda su mənbələrinin olmamasına baxmayaraq ağ mayeni görənlər çox təəccüblənirlər.
Kənd sakini Həsən Bəlli baş verənlər haqda belə danışır:
“Kəndimizin tarixi çox qədimdir. Xarabalıqların qalıntıları var. Burada yerləşən qala divarlarından hər cümə ağ maye axır. Hava quraq olduğu günlərdə belə bu baş verir. Körpəsi olan bir qadının onunla birlikdə öldürülməsindən sonra qaladan süd axmağa başladığı deyilir”.