İngiltərənin Yorkşir şəhərinin sahillərində bir nəhəng dinozavrın ayaq izləri aşkar olunub.
Teleqraf.com xəbər verir ki, bu, Yorkşirdə indiyə kimi tapılmış ən böyük dinozavr izidir.
İzin sahildə balıqqulağı toplayan bir qadın tərəfindən tapıldığı bildirilib.
Mütəxəssislər bunun 164-175 milyon il əvvəl yaşamış bir meqalozavrın ayaq izlərinə uyğun gəldiyini bildiriblər. Bu, bədəninin uzunluğu 8-9 metr olan, ətyeyən nəhəng bir dinozavr növüdür.
Qadın kəşfindən sonra “İngilis adalarının dinozavrları” kitabının müəllifi, paleontoloq Dina Lomaks da daxil olmaqla sahə mütəxəssisləri ilə əlaqə saxlayıb.