ABŞ Milli Aeronavtika və Kosmos Agentliyi (NASA) sabah bir asteroidin trayektoriyasını dəyişdirmək bu göy cismi ilə toqquşma missiyasına başlayacaq.
Teleqraf.com xəbər verir ki, bu, bəşər tarixində Günəş sisteminin qravitasiyasına müdaxilə etmək üçün ilk cəhd olacaq.
NASA “Double Asteroid Delection Test” (DART) adlandırdığı bu missiya çərçivəsində Yerə çırpıla və planeti yox edə biləcək göy cisimlərindən necə müdafiə olunmağı sınaqdan keçirməyi planlaşdırır.
Çəkisi 610 kiloqram olan DART kosmik gəmisinin sabah Kaliforniyadakı Vandenberq Kosmik Qüvvələri bazasından “SpaceX”-in “Falcon 9” raketi ilə kosmosa buraxılması planlaşdırılır.
Didimos sistemindəki Dimorfos asteroidini hədəf alacaq kosmik gəminin bu missiyanı 26 sentyabr - 1 oktyabr tarixləri arasında yerinə yetirməsi gözlənilir.
Avropa Kosmik Agentliyinin “Hera” kosmik gəmisi 2024-cü ilin noyabr ayında Didimos sisteminə baş çəkəcək və toqquşmanın nəticələrini yaxından təhlil edəcək.