31 Dekabr 2021 08:45
1 548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Barmaqların ucundakı dəyişikliklər xərçəngin başlanğıcını göstərə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Express” nəşri Britaniya Milli Səhiyyə Xidmətinin məlumatlarına istinadən yazır.

Söhbət Hippokrat barmaqları sindromundan gedir. Dırnaqların qalınlaşması, yumru və qabarıq olması ağciyər xərçəngindən xəbər verə bilər. Dırnaqları bu cür olan insanların 35 faizində ağciyər xərçəngi aşkar edilib.

Xərçəngin istənilən növü üçün xarakterik olan ümumi əlamətlər: digər səbəblərlə izah oluna bilməyən zəiflik, bədən çəkisinin azalması, iştahanın olmamasıdır.


Müəllif: Mənbə/Report