30 Noyabr 2022 23:23
2 450
12 Punto 14 Punto 16 Punto 18 Punto

Portuqaliyalı hücumçu Kriştianu Ronaldo və ispan tennisçi Rafael Nadal Qətərdə restorana sərmayə qoyub.

Teleqraf.com xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, hər iki idmançı bir neçə ölkədə bir çox müəssisəyə sahib olan “Tatel Group” ilə işləyir.

Qeyd olunur ki, Ronaldo və Nadal Doha yaxınlığında restoran açmaq üçün təxminən 1 milyon avro (1753980 manat) sərmayə qoyublar.


Müəllif: Teleqraf.com