2 Fevral 2023 08:00
3 705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin yerli istehsalı olan ikinci “Togg” elektromobilinin Azərbaycanın dövlət başçısı İlham Əliyevə veriləcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Türkiyə lideri bu barədə TRT-nin efirində bildirib.

Ərdoğan bildirib ki, istehsal olunacaq ikinci elektromobili Azərbaycan Prezidenti İlham Əliyev istəyib: "Dərhal növbəyə İlham bəy (Prezident İlham Əliyev-red) keçdi. Əliyev ikincini mənə verin dedi".

Qeyd edək ki, Türkiyədə ilk elektromobilin sahibinin Ərdoğan olduğu vurğulanır.

Xatırladaq ki, Türkiyənin yerli avtomobili “Togg”un Gəmlikdəki zavodu ötən ilin 29 oktyabrında açılıb. Zavodun açılışı ilə yerli avtomobilin kütləvi istehsalı prosesi başlanıb.

Burada il ərzində 175 min avtomobil istehsal olunacaq, 2030-cu ilə qədər istehsal 1 milyonu ötəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər