98 yaşında ölən kişi "ən yaşlı orqan donoru" adını alıb.
Teleqraf.com ABŞ mətbuatına istinadən xəbər verir ki, İkinci Dünya Müharibəsi və Koreya müharibəsi veteranı və pedaqoq Orvil Allenin dünyasını dəyişəndən sonra qaraciyəri başqa xəstəyə köçürülüb.
Allenin qızı Linda Mitçel atasının Missuri ştatında baş verən fırtınadan sonra dağıntıları təmizləyərkən yıxılaraq öldüyünü bildirib.
Allenin qaraciyəri 72 yaşlı qadına uğurla transplantasiya edilib. Beləliklə, Allen ABŞ-ın ən yaşlı orqan donoru oldu.