3 İyul 01:12
395
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da qadın yeni tanış olduğu kişi ilə ilk görüşə getməmək üçün polisə zəng edib.

Teleqraf.com "New York Post"a istinadən xəbər verir ki, Sumaya Tomas internetdə tanış olduğu kişi ilə görüş təyin etsə də, sonradan fikrini dəyişib.

Kişi Sumayanın evinin qarşısında onu gözləsə də, çölə çıxmayıb. Bir qədər sonra əraziyə polislər gəlib.

Sorğu-sualdan sonra bəlli olub ki, kişi qadının əri deyil. O, ilk görüş üçün bura gəlib. Qadın sadəcə görüşə getməkdən qorxduğu üçün polisə zəng edərək "ərim məni döyür" məlumatını verib.

Amerikalı qadın yalan zəngə görə həbs olunub.


Müəllif: Arzu