Monqolustanda Göytürk dövrünə aid artefaktlar bərpa edilib.
Teleqraf.com xarici KİV-lərə istinadən xəbər verir ki, əsərlər Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə bərpa edilib.
Bildirilir ki, Monqolustanın Arhanqay, Övörhanqay və Töv vilayətlərində yerləşən Göytürk dövrünə aid artefaktların fotoqrammetrik sənədləşdirilməsi, bərpası və saxlanmasına dəstək verilib. Bərpa işləri zamanı yüksək riskli hesab edilən insan fiqurlu 10 daşın restavrasiyasına başlanılıb.