TƏBİB əməkdar artist Sənubər İsgəndərlinin müraciətinə cavab verib.
Teleqraf.com xəbər verir ki, Sənubər İsgəndərli TƏBİB-in mətbuat xidmətinin onunla əlaqə saxladığını qeyd edib: "Mənə belə cavab verildi: TƏBİB tibbi məsələlərlə məşğuldur. Qapanma və digər tədbirlər Operativ Qərargahın səlahiyyətindədir".
Qeyd edək ki, Sənubər İsgəndərli teatrların fəaliyyəti üçün TƏBİB-ə müraciət edib: "TƏBİB-də kimin teatrla maraqlanıb-maraqlanmadığını, sevib-sevmədiyini bilmirəm. Soruşanda deyəcəklər ki, vaxt var? Bizdə onsuz da mədəniyyətə cox insanın vaxtı, marağı yoxdur. Amma bu sənətə ömrünü verən, onu yaşadan sənətkarlar və onun yolunu gözləyən, sevən tamaşaçılar var. Bir ildir teatrlar bağlıdır. Belə davam edərsə, bu teatr sənətinin məhvi olacaq. Demirəm teatrlar açılan kimi tamaşa oynanılsın, tamaşaçı gəlsin, onsuz da bu mümkün də deyil. Amma yeni tamaşaların məşqinə başlaya bilərdik ki, sabah teatrın pərdələri açılanda tamaşaçılarımızın qarşısına çıxa bilə. Ümid edirəm ki, TƏBİB bunları nəzərə alacaq. Teatrlar açılsın!".