2 Avqust 2022 21:44
2 437
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan cəmiyyətinin kinomuzdan gözləntiləri var. Hamı şanlı zəfərin əbədiləşməsini gözləyir. Türk şirkəti ilə birgə Vətən müharibəsinə həsr ediləcək serialın çəkilişinə başlayırıq. Şanlı zəfərimiz, ordumuzun qəhrəmanlığı serial vasitəsilə əbədiləşdiriləcək".

Teleqraf.com xəbər verir ki, bu sözləri Mədəniyyət naziri Anar Kərimov Milli Kino Günü ilə əlaqədar Heydər Əliyev Mərkəzinin həyətində keçirilən tədbirdə bildirib.

O bildirib ki, Azərbaycan kinosunun inkişafında dövlətimizin qayğısı mühüm əhəmiyyət kəsb edir. "Cənab prezident İlham Əliyev sərəmcamı ilə ölkəmizdə Kino Agentliyi yaranacaq.

İnanıram ki, Agentlik kinomuzun inkişafında, onun dünya arenasına çıxmasında, dövlətlə özəl sektorun əlaqələrinin qurulmasında mühüm rol oynayacaq" - deyə nazir qeyd edib.

Daha sonra "Böyük Qayıdış” qısametrajlı film layihələri müsabiqəsinin qalibləri olan “Arxa cəbhə” (rejissor Gülay Babayeva), “Böyük Qırmızı Ev” (rejissor Leylaxanım Qənbərli”), “Hasar” (rejissor Qulu Əsgərov) filmlərinin, eləcə də Daşkənd Beynəlxalq Film Festivalının mükafatçısı olmuş “İki Yol” (rejissor Səddam Mehdiyev, Murad Hüseynov) və “Orrizuru” (rejissor Nihad J., Elgün Quliyev) qısametrajlı filmləri “Gənc Azərbaycan Kinosu Proqramı” çərçivəsində nümayiş olunub.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər