4 Avqust 2022 08:29
2 536
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın "Warner Bros." kino studiyası 2024-cü ilin oktyabrında Xoakin Feniksi ilə baş rolda "Coker"in ikinci hissəsinin cıxacağını elan edıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə "Deadline" nəşri xəbər verib.

Məlumata əsasən, orijinal filmin rejissoru Todd Phillips "Folie à deux" (İki nəfər üçün dəlilik) adlı ikinci hissənin ssenarisinin hazır olduğunu təsdiqləyib. Bildirilib ki, Ledi Qaqa Cokerin dostu və köməkçisi - Harli Kuinnin rolunu oynayacaq.

“Joker”in ikinci hissəsinin musiqi janrında lentə alınacağı, filmin hadisələrinin "Arkhem" psixiatrik xəstəxanasında baş verəcəyini qeyd olunub.


Müəllif: Teleqraf.com