24 Avqust 2022 08:18
2 340
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oskar mükafatlı aktyor, kinorejissor Rassel Krou pərəstişkarlarını Türkiyəyə səfər etməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, Hollivud ulduzu onu Türkiyəyə dəvət edən “Twitter” istifadəçisinə cavab verib.

“Türkiyəni çox sevirəm. Necə də sonsuz dərəcədə füsunkar və gözəl ölkədir. Əgər Türkiyədə heç vaxt olmamısınızsa, həqiqətən getməyi planlaşdırmalısınız”, - aktyor sosial şəbəkədə yazıb.

Onun tviti çox sayda bəyənmə toplayıb.

Qeyd edək ki, 58 yaşlı Rassel Krou 2001-ci ildə üç nominasiya üzrə “Oskar” mükafatı qazanıb.

O, “Qladiator” və “Nuh” bədii əsərləri daxil olmaqla, çoxsaylı filmlərilə tanınır.


Müəllif: Teleqraf.com