4 Oktyabr 2016 21:54
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keniya polisi azyaşlı qızla cinsi əlaqədə olduğunu feysbukda bildirərək öyünən şəxsi həbs edib.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, gənc "Bu gün mən dördüncü sinif şagirdi olan qızla kolluqda sekslə məşğul oldum" yazan gənc dərhal polis tərəfindən həbs edilib.

Onun Facebook postunda qızla ağacın yanında çəkdirdiyi şəklini də paylaşdığı deyilir.
Dördüncü sinif şagirdləri adətən 10 və ya daha az yaşlarında olurlar.

Polisin bildirdiyinə görə onlar hələ də 26 yaşlı şübhəli şəxs tərəfindən zorlandığı iddia olunan qızı axtarırlar.

Polis tərəfindən Kelvin Alfayo olduğu müəyyənləşdirilən şəxs çərşənbə günü məhkəmə qarşısına çıxacaq.

#ArrestMohammedAlfayo (#MəhəmmədAlfayonuHəbsedin) həştəqi Keniya sosial mediasında trendə çevrilib. Bu, ittiham olunan şəxsin feysbukda adıdır.

Səhifəsindən hələ silinməmiş əvvəlki postlarında istifadəçi öz maddi imkanlarından, yüksək cinsi qabiliyyətindən və Keniya qadınlarının namusundan söz açır.

Cənab Alfayo-nu axtaran polis onu gizlənərkən aşkar etdiyini bildirib.

Polis onun onlayn şərhlərinin doğru olub-olmadığını araşdırır, yerli polis rəisi Jonathan Ngala BBC-ə bildirib.


Müəllif:

Oxşar xəbərlər