6 Noyabr 2016 21:39
1 132
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin internethaber.com saytı Azərbaycan zənginlərinin övladlarının İnstagram sosial şəbəkəsində paylaşdıqları və onların ultra-lüks həyat tərzini nümayiş etdirən fotoşəkillərdən bir qismini toplayıb yayıb.

Virtualaz.org xəbər verir ki, fotolarda əsasən zəngin qızlarını görmək olur, onların arasında VİP-vertolyotda uçanı da var, yataq otağında qalaq-qalaq dolların arasında uzanıb selfie çəkdirəni də. Fotolardan birində isə cakuziyə hansı ölkənin valyutası olduğu dəqiq seçilməyən 20-lik kupyurlardan ibarət bağlamaları doldurub içində “üzən” gənc yer alır.

Habelə sayt “Bentley” avtomobilinin sükanı arxasında olan gənc qızı, hansısa otelin hovuzunun sahilində şezlonqda uzanmış çimərlik geyimli xanımı və digərlərini də “İntagram-ın zəngin Azərbaycan cocukları” qismində təqdim edib.


Müəllif: