11 Noyabr 2016 21:12
3 004
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Florida ştatının Orlando şəhərində ağbaş orlana quşu (dəniz qartalı) xəsarət alaraq kanalizasiyaya düşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə WFTV telekanalı məlumat verib. Kanalın feybuka yerləşdirdiyi xilasetmə videosu 10-11 noyabrda üç milyon tərəfindən izlənilib.

Məlumata görə, erkən qartalın yaralı olduğunu görən dişi qartal onu tərk etməyib. Yalnız insanlar yaxınlaşdıqda dişi quş uçmağa məcbur olub. Xilasedicilər kanalizasiyaya düşən erkək qartalı xilas ediblər. Onun qanadı zədələnib. Tibbi yardımdan sonra orlana quşu təbiətə buraxılacaq.

Ayxan


Müəllif: