17 Noyabr 2016 08:05
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndi bir çox onlayn xidmətlər və veb saytlar qeydiyyatsız istifadəçilərin öz imkan və funksiyalarından istifadəsinə icazə vermirlər.

Ancaq son zamanlar bəzi nəhəng şirkətlər bu qaydadan imtina edirlər. Məsələn, “Facebook” şirkəti öz müştərilərinə “Messenger”dən qeydiyyatsız istifadə imkanı yaradıb. İndi “Microsoft” şirkətinə məxsus “Skype” xidmətində də belə addım atılıb.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, indi “Skype” xidmətində ünsiyyət saxlamaq üçün istifadəçilərin veb versiyanı açaraq qonaq kimi daxil olması kifayətdir. Bundan sonra mətn mesajları ilə mübadilə etmək, səsli və videozənglər etmək mümkün olacaq.

Ancaq istifadəçi “Skype” xidmətinə öz hesabı ilə daxil olmadıqda mesajların tarixçəsi bir gün saxlanılır.


Müəllif:

Oxşar xəbərlər