Türkiyənin TRT 1 kanalında yayımlanan “Sevda quşun qanadında” serialında Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin gəncliyini “Fəthi” obrazı ilə canlandıran aktyor Kürşat Kurnaz tanınmaması üçün cəmiyyət arasında qapalı libasda çıxır.
Teleqraf.com xəbər verir ki, aktyor rolu çətinliklə qəbul etdiyini və insanların sərt reaksiyası ilə üzləşməmək üçün evdən çölə çıxarkən papaq, qalın şərf və uzunboğaz palto geyindiyini deyib: “Bu rolu öhdəmə götürəndə düşündüm ki, xalqımız sayəmdə həqiqətləri öyrənəcək. Məncə, bu, bir aktyor üçün çox vacib nüansdır. Roluma hazırlaşanda Gülənin videolarını izlədim. Türkiyəni hələ 20 yaşında ələ keçirmək istədiyini öyrəndim. Qanım dondu. Hamı əvvəl deyirdi ki, özünü qoru, Gülən ölkə xaricinə qaçıb, amma səni tapıb döydürə bilər. Ailəm hələ də çox narahatdır. Amma mənim niyə aktyorluğu seçdiyimi yaxşı bilirlər. Evdən bayıra çıxanda bürünüb çıxıram, amma yenə də məni tanıyanlar olur”.
Kəmalə