Dünya müasir qurğular bazarına kiçik yüksəklikdə smartfon ilə ön tərəfdən fotoşəkillər çəkməyə imkan verən yeni “Selfi” qurğusu çıxarılıb. “Selfi”, həmçinin qurğu üçün müasir pilotsuz uçan aparat rolunda çıxış edir.
Teleqraf.com “ICTnews”a istinadən xəbər verir ki, “Selfi” “Full HD” formatında çəkiliş edən 8 meqapikselli kamera ilə təchiz edilib. Qurğunun əsas çatışmazlığı batareyasının zəif olmasındadır. Akkumulyatorun enerjisi ən yaxşı halda 10 dəqiqəlik iş üçün kifayət edir. Mütəxəssislərin yeni qurğunun kompaktlığına xüsusi diqqət yetirməsi sayəsində onu asanlıqla smartfon üçün çexola çevirmək mümkündür. “Selfi”ni drona çevirmək üçün onu istifadə olunan qurğudan çıxartmaq tələb olunur. Yeni qurğu yaradıcılarının fikrincə, “Selfi” kiçik yüksəklikdə “selfie” və ya qeyri-adi fotoşəkillər çəkməyi sevən bütün istifadəçilərin xoşuna gələcək.
Yeni aparat mahiyyət etibarilə son bir neçə ildə böyük populyarlıq qazanan “selfie” çubuqlarının alternativi hesab olunur.
Məlumata görə, akkumulyator batareyasının tutumu 630 milliamper/saat təşkil edir. Çox rahat olan çexol ekran ölçüsü 6 düymədək olan qurğular üçün uyğundur. Yeni qurğunun qiymətinin 80 dollar təşkil edəcəyi gözlənilir.