25 Avqust 2014 15:53
2 853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qadınlar hər zaman kişilərin diqqət mərkəzində olub. Onlar olmadan yaşaya bilməyən, amma həm də daim onlardan şikayətlənən kişilərin sosial şəbəkələrdə qadınlar haqqında yazdıqları ən gülməli mesajları təqdim edirik...

* Ayağı gözəl görünsün deyə ayaq barmağını kəsdirən qadınlar görün sizə nələr edər... ehtiyatlı olun kişilər...

* İl boyunca 150 serial izləyirlər dillənmirik amma biz 4 ildə bir dəfə bir neçə gün futbol matçı izləyəndə futbol xəstəsi oluruq...

* Bir ayaqqabının qara və ya ağını alım deyə 3 saat fikirləşib sonunda qırmızı ətək alan canlıya qadın deyirlər...

* Əsl kişi yumruğunu masaya vurar, əsl qadında o masanın kişinin başına vurar...

* Telefonda rəfiqəsiylə tam 5 saat danışdıqdan sonra dərdləşmək üçün görüşən canlıya qadın deyirlər...

* Xiyar maskasından istifadə edən qadınlar, Allah sizə gözəllik verməyibsə onu xiyardan da gözləməyin...

* Sabah nə geyinəcəm deyə dərd çəkən amma 15 il sonranın belə planını beynində hazır saxlayan canlıya qadın deyirlər...

Ülkər


Müəllif:

Oxşar xəbərlər