4 Sentyabr 2014 15:49
8 705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə yaşayan və fəaliyyət göstərən model Günay Musayevadan xəbər var.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, model bu mövsüm özünü aktrisa kimi sınayacaq. Belə ki, Günayın “Ağ qərənfil” serialının istehsalçı şirkəti ilə apardığı danışıqlar uğurla nəticələnib.

Uzun müddətdir ki, aktyorluq təhsili alan Musayeva serialda narkobaronun assistenti və sevgilisi Dərya rolunu canlandıracaq.

Qeyd edək ki, “Qurdlar vadisi”nin istehsalçı şirkətinin çəkdiyi serial sentyabr ayının ortalarında nümayiş olunacaq.

Pərvin


Müəllif: