Cənubi Afrikada qızlar evlənənə qədər cinsi əlaqəyə girmirlər.
Teleqraf.com-un xarici mətbuata istinadən verdiyi xəbərə görə, Cənubi Afrikanın ən böyük etnik qrupu olan Zulular öz maraqlı ənənələri ilə seçilirlər.
Zulular gənc qadınların evlənənə qədər bakirəliklərinin qorumasını mərasimlə qeyd edirlər. Ənənəyə görə, kəndin gənc qızları bir araya gəlir və Zulu kralı Gudvil Zvelithin üçün rəqs edirlər. Mərasim hər il sentyabr ayında keçirilir.
Onlar stadionlarda toplanan minlərlə qıza, yaşlı qadınlar tərəfindən bakirəlik testi edirlər. Bakirəliyini sübut edən qıza diplom verilir.
Zululara inanırlar ki, ənənə AIDS kimi ölümcül xəstəliklər ilə atasız uşaq doğumlarının qarşısını alacaq.
Teleqraf.com mərasimdən olan fotoları təqdim edir: