Türkiyənin Adanada əyalətində əri tərəfindən qısqanclıq üzündən döyülən qadın, qaçıb qəbiristanlığa sığınıb.
Teleqraf.com-un Türkiyə mətbuata istinadən verdiyi xəbərə görə, 4 uşaq anası olan qadın: "Həyat yoldaşım məni davamlı olaraq döyür, Ailə və Sosial Siyasətlər Nazirindən kömək istəyirəm" deyib.
Sadullah (39) Maralın (38) ikinci həyat yoldaşıdır. Məlumata görə, cütlük qısqanclıq səbəbindən davamlı olaraq mübahisə edirmiş. Bir müddət sonra həyat yoldaşı Maralı tərəfindən döyməyə başlayıb. Hadisə günü isə qadın evli olan qızının qayınatası ilə telefonla danışması vəziyyəti dahada gərginləşdirib.
Bunu görən ər "Sən məni qızının qayınatası ilə aldadırsan. Zəng et o adama telefonun da səsini aç məni necə aldatdığını eşidim" deyib. Bundan sonra ər yenə qadını döyüb.
Ərində qaçan qadın evinin yaxınlığındakı Buruk Qəbiristanlığında gizlənib. Daha sonra qadının yanına qonşusunun qızı gəlib. Qadın buradan dərhal 155-i yığaraq kömək istəyib : "Ərim məni döyür, evdən qaçıb qəbiristanlıqda gizlənmişəm, kömək edin ərim məni tutsa öldürəcək" deyib.
Qadını tapan polis onu bölməyə gətirərək müayinə edib. Izahat verən qadın : “Həyat yoldaşım məni davamlı olaraq döyür, Ailə və Sosial Siyasətlər Nazirindən kömək istəyirəm" söyləyib. Bundan sonra Maralı qadın sığınma evinə yerləşdirilib. Sadullah isə tutulub ifadəsi alındıqdan sonra sərbəst buraxıldı.