Uzun müddətdir gözlənilən iPhone modellərinin ilk alıcıları həmişə diqqət mərkəzində olub.
ANS PRESS-in məlumatına görə, iPhone 6 və iPhone 6 Plus-un Avstraliyada satışına start verilib.
Lakin bu ölkədə ilk alıcı ehtiyatsızlığı ilə yadda qalıb. Belə ki, Apple həvəskarı Cek yenicə aldığı smartfonunu heç mağazadan çıxmamış səndırıb.
Cek telefonunu jurnalistlərə göstərmək istəyib. Tələsik qutunu açmaq istəyəndə isə o yerə düşüb.
Jurnalistlərin sözlərinə görə, həyəcandan Cekin əlləri tərləyib. Nəticədə telefon onun əlindən sürüşüb.
Qeyd edək ki, "Apple" uzun zamandır gözlənilən iki yeniliyini - iPhone 6 və iPhone 6 Plus, ağıllı saat "Apple Watch"ı təqdim edib. iPhone 6-nın eksran diaqonalı 4,7, iPhone 6 Plus -da isə 5,5-dir.