İspaniyanın paytaxtı Madriddə keçirilən məşhur "Trashumancia Şənliyi" bu il də maraqlı görüntülərlə yadda qalıb.
Teleqraf.com-un məlumatına görə, İspaniya Kənd Təsərrüfatı nazirliyinin təşkilatçılığı ilə keçirilən şənlik zamanı 2 min qoyun paytaxt küçələrində gəzdirilib.
"Trashumancia Şənliyi" şənliyinin keçirilməsində məqsəd əhali arasında heyvandarlığa marağın artırılmasıdır. Şənlik təxminən 4 saat davam edib. 2 min qoyunun paytaxt küçələrində gəzdirilməsini sakinlər maraqla qarşılayıblar.
Madridin bir çox küçələrində nəqliyyatın hərəkəti də məhdudlaşdırılmışdı. "Trashumancia Şənliyi" 1994-cü ildən keçirilir. /anspress.com/