Almaniyada yanğınsöndürənlər qeyri-adi xilasetmə əməliyyatı həyata keçiriblər. Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğınsöndürənlər 5 ildir evindən çıxmayan və yuyunmayan 160 kiloluq adamı pis qoxu verdiyi üçün xüsusi maskalar geyinərək çıxardıblar.
Nəfəs almağa çətinlik çəkən 65 yaşlı adam zibil və böcək dolu evinin divarlarına döyəcləyərək qonşularından kömək istəyib. Çox kök olduğu üçün onu xüsusi kranla pəncərədən çıxarmaq mümkün olub.
Alman mətbuatına danışan yanğınsöndürən "Ev dizə qədər yemək artıqları və zibil ilə dolu idi. Hər yerdə böcəklər qaynaşırdı. Qoxunu isə təsvir etmək qeyri-mümkündür" söyləyib.
Teleqraf.com xilas etmə əməliyyatından fotoları təqdim edir :
Rüstəm