Antalyanın Dövlət Opera və Balet teatrının direktoru Əsli Ayan Facebook sosial şəbəkəsindəki fotosuna görə vəzifəsindən azad edilib.
Teleqraf.com-un türk mətbuatına istinadən verdiyi xəbərə görə, Ə.Ayan rəfiqələri ilə birlikdə çimərlikdə çəkdirdiyi fotoşəkili sosial şəbəkədə yayımladığına görə işini itirməli olub.
Oktyabrda teatra direktor vəzifəsinə gətirilən Ə.Ayan yenidən solist kimi çalışmalı olacaq. Hələ Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi sözügedən hadisə barədə rəsmi açıqlama verməyib.
Ə.Ayan özü isə hansı fotoya görə işindən azad olunduğunu bilmədiyini söyləyib. O əlavə edib ki, teatra direktor təyin olunandan dərhal sonra Facebook-dakı profilini dondurub.
Nərgiz