25 Yanvar 2015 23:40
823
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 21-də Microsoft şirkəti Windows 10 əməliyyat sisteminin (ƏS) ikinci təqdimatını keçirib.

Yeniliklərdən başqa, artıq Windows 7 və 8.1 ƏS-lərin lisenziyalı versiyasından istifadə edənlər il ərzində Windows 10-dək ödənişsiz yeniləmə paketi ala biləcəklər.

Teleqraf.com ICTnews-a istinadən bildirir ki, dünyanın ən populyar əməliyyat sisteminin yeni versiyasında əsas yeniliklərdən biri Cortana səs köməkçisi olacaq.

Bundan başqa, Windows 10 platformasında kod adı Spartan olan yeni brauzer istifadəyə veriləcək, brauzer səs köməkçisi ilə inteqrasiya ediləcək. Məlumata əsasən, masaüstü kompüterlər üçün ƏS-nin ilkin versiyası artıq gələn həftə çıxarıla bilər.

Təqdimatda, həmçinin sahibinə öz qarşısında virtual reallığı görməyə imkan verən Microsoft HoloLens reallıq eynəyi nümayiş etdirilib.


Müəllif: