Yaponiyada yaşayan kəndçi Yukihiro İkeuchinin əkin sahəsində yetişən ayaq formalı turp görənlərin böyük təəccübünə səbəb olub.
Teleqraf.com xarici KİV-lərə istinadla xəbər verir ki, beş barmaqdan ibarət ayaq şəklindəki turp 1,5 kiloqram ağırlığında və 30 santimetr uzunluğundadır.
İkeuchi turpun ölçüsünün 47 nömrəli ayaqqabıya bərabər olduğunu bildirib. Belə qeyri-adi bir tərəvəzi hər kəsə göstərmək istəyən kəndçi turpu nümayiş etdirilməsi üçün əkinçilik muzeyinə təhvil verib.