1 Mart 2015 09:59
1 621
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mesajlaşma proqramları arasında liderlik edən “WhatsApp” barədə Braziliyada kəskin qərar verilib.

ANS PRESS-in məlumatına görə, Braziliyada “WhatsApp” mobil messenceri istifadəçilərinin bu tətbiq vasitəsilə bir-birlərinə pornoqrafik məzmunlar göndərməsi səbəb göstərilərək messencerin ölkədə istifadəsinə qadağa qoyulub.

195 milyon əhalisi olan ölkədə belə bir qərarın verilməsi bəzi İT mütəxəssisləri tərəfindən gülünc bir qərar kimi qəbul edilib. Çünki hər bir halda pornoqrafik məzmunlara meyilli olanların alternativ bir proqramdan istifadə edə biləcəyi düşünülür.

Hökumət tərəfindən şirkətə əvvəlcə bu yöndə addımların atılması tələb edilsə də, onların tələbləri cavabsız qalıb. Buna görə də ölkə ərazisində istifadəyə qadağa qoymağı qərara alıblar.


Müəllif:

Oxşar xəbərlər