4 Mart 2015 14:35
1 196
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014-cü ilin dördüncü rübündə iPhone bazarda ən populyar smartfon olub.

Teleqraf.com xəbər verir ki, Apple kompaniyası keçən ilin son üç ayında 75 milyon smartfon satıb. Eyni dövr ərzində Samsung şirkətinin satdığı smartfonların sayı isə 73 milyon olub.

Halbuki, bir il bundan əvvəl Samsung 83 milyon, Amerika şirkəti isə 50 milyon smartfon sata bilmişdi.

Smartfon bazarında üçüncü yeri rüb ərzində 24 milyondan çox satışa imza atan Lenovo tutur. Onun ardınca isə 21 milyon qurğu satmağa müvəffəq olan Huawei gəlir. İlk beşliyi 18 milyon smartfon satan Xiaomi tamamlayır. Ümumilikdə isə keçən ilin 4-cü rübündə 368 milyon smartfon satılıb.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər