14 Mart 2015 10:55
1 190
12 Punto 14 Punto 16 Punto 18 Punto

Morgan şirkəti nəhayət Cenevrədə öz yeni avtomobili üzərindən örtüyü götürdü.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu, sayca beşinci nəsil Aero 8 modelidir. Məşhur ənənəvi sportkar özünün tanış xarici görkəmini praktik olaraq heç bir dəyişikliyə məruz qoymadan saxlaya bilib, lakin maşının içi ciddi şəkildə yenilənib. Tamamilə yeni asqı, aktiv və passiv təhlükəsizliyə daha müasir yanaşma və çoxsaylı opsiyalar Aero 8 modelini XXI əsrə uyğunlaşdırıb və bu zaman onun retro cazibədarlığından bir damcı belə əksilməyib. Yeni modeli ilin sonunda sifariş etmək mümkün olacaq.

Teleqraf.com həmin avtomobilin fotolarını təqdim edir:

Rüstəm


Müəllif: