24 Mart 2015 10:08
1 302
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rumıniyalı qadın hamilə qalmaq üçün “Facebook”da elan verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Adelina Albu uşağının bioloji atası olmağı qəbul edən şəxsə 500 avro verəcəyini bildirib.


25 yaşındakı Albu sonu olmayan əlaqələr üçün vaxt itirmək istəmədiyini deyib: “Siz əylənin, mən ana olum. Sonu olmayan əlaqələr üçün vaxt itirməkdənsə tək gecəlik bir yaxınlığa görə 500 avro ödəməyi seçirəm. 500 avroya siz əylənin, mən də ana olum”.

Elandan sonra yüzlərlə kişidən cavab gəlib. Lakin rumınıyalı qadın ona gələn təkliflərin heç birini ciddi qəbul etməyib.


Müəllif:

Oxşar xəbərlər