Litva Dövlət Turizm Departamentinin, Litvanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Litva-Azərbaycan Gecəsi" adlı tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov iştirak edib.
Nazir müavini çıxışı zamanı Azərbaycan-Litva arasında turizm mübadiləsinin artırılmasının vacibliyini vurğulamış, gələcəkdə Litvada da Azərbaycanın tanıtımına həsr olunmuş belə tədbirlərin keçirilməsinin məqsədəuyğun olduğunu bildirib.
Nazim Səmədov Azərbaycan-Litva arasında mövcud turizm əlaqələrinin daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib.
Tədbir zamanı turizmin təbliği ilə bağlı təqdimatlar keçirilmiş və ikitərəfli turizm əlaqələrinin genişlənməsi üzrə müzakirələr aparılıb.
İLHAMƏ