20 Oktyabr 2015 23:38
964
12 Punto 14 Punto 16 Punto 18 Punto

Taras Şevçenko adına Kiyev Milli Universitetində (KMU) rektor seçkiləri keçirilib.

KMU-nun tarixində ilk dəfə rektoru təyin etməyiblər – seçiblər.

Səsvermədə universitetin ştatında olan elmi, elmi-pedaqoji və pedaqojı işçilər, habelə tələbələr və gizli səsvermə yolu ilə seçilmiş ştatda olan digər işçiləri iştirak ediblər. Bütün altı seçki məntəqəsində səsvermə prosesini namizədlərin və Ukrayna Təhsil və Elmlər Nazirliyinin müşahidəçiləri izləyiblər.

Müşahidəçilər bildiriblər ki, seçkilər gizli səsvermə proseduruna riayət edilməklə qanunvericiliyinin normalarına və universitetin nizamnaməsinə uyğun olaraq aparılıb. Səsvermədə seçicilərin 80,4 faizi (üç mindən çox) iştirak edib.

KMU -nun Mərkəzi Seçki Komissiyasının sədri bildirib ki, səsvermənin yekunlarına görə, ən çox səs (2171 səs) hazırkı rektor Leonid Quberski toplayıb.

Böyük səs fərqi ili ikinci və üçüncü yerləri Aleksandr Qolub (353 səs) və Anatoli Konverski (296 səs) tutublar.

Xatırladaq ki, Leonid Quberski Taras Şevçenko adına KDU-ya 2008-ci ildən rəhbərlik edir.


Müəllif: