Kömək məqsədi ilə avtomobilə götürdüləri qadına təcavüz etdilər
Türkiyədə 2 uşaq anası olan 40 yaşlı Ö.A-nı silahla hədələyərək təcavüz etməkdə şübhəli bilinən 32 yaşlı M.G. və 41 yaşlı M.A. polis tərəfindən saxlanılıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Konya şəhərində baş verib.
Ö.A adlı qadın polisə ifadəsində M.G. və M.A. ilə evinin ipoteka probleminə kömək edəcəkləri vədiylə tanış olduğunu bildirib. O, tapança ilə təhdid edilərək təcavüzə məruz qaldığını qeyd edib.
Saxlanılan şübhəlilər isə Ö.A. ilə 50 lirə qarşılığında cinsi əlaqəyə girdiklərini deyiblər.
“M.G. və M.A. ilə evimin ipotekası ilə bağlı yenidən görüşdük. Əvvəl bir restoranda yemək yedik. Mən onların yalan dediyini anladım. Sonra evə yola salacaqlarını dedilər. Birlikdə avtomobilə mindik. Ancaq məni zorla dağlıq əraziyə apardılar. Əlləri ilə ağzımı yumub, tapançanı başıma dirədilər. Təhdidlərdən sonra növbə ilə mənə təcavüz etdilər”.
Polisə ifadələrində şübhəlilər qadını avtomobillərinə kömək etmək üçün mindirdiklərini deyiblər: "Qadına kömək etmək üçün avtomobili saxladıq. Onu notariusa qədər apardıq. Bir-birimizin telefon nömrələrini götürdük. Hadisə günü görüşdük və bir restorana getdik. Pul qarşılığında bizimlə ola biləcəyini söylədi. M.G. da ona 50 lirə verdi, hər ikimiz onunla olduq. Daha sonra qadını öz istədiyi ünvana apardıq".
Hadisə ilə bağlı istintaq davam edir.
Rüstəm