Christie’s satış evi Britaniya tarixində baş nazir postunu tutan yeganə qadın - Marqaret Tetçerin (1925-2013) şəxsi əşyalarının onlayn satışına başlayıb.
Satışlar “dəmir ledinin” bu il qeyd olunacaq 90 illik yubileyinə həsr edilib.
233 lotdan ibarət auksion bu gündən başlayaraq dekabrın 16-dək davam edəcək.
Hərraca Tetçerin qab-qacağı, interyerdə istifadə etdiyi tətbiqi incəsənət nümunələri, çoxsaylı geyim və zinət əşyaları, kitabları, aldığı müxtəlif hədiyyələr çıxarılıb. Satışa çıxarılan əşyalar arasında parlament katibinin Downing Street-ə baş nazirin ən vacib sənədlərini apardığı kuryer çantası, həmçinin Madam Tüssonun Londondakı mum heykəllər muzeyi üçün hazırlanmış “dəmir ledinin” əlinin bürünc heykəli də yer alır.