20 Fevral 2016 08:05
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bullitt” şirkəti dünyada daxili teplovizora malik ilk smartfon təqdim edib.

Məlumat üçün bildirək ki, teplovizor – bu, görünməyən infraqırmızı şüa buraxan obyektlərin görünən təsvirinin əldə olunması üçün nəzərdə tutulmuş optik-elektron sistemdir. Sözügedən qurğu əksər hallarda gecə görmə cihazı kimi və ya obyektin temperaturunun ölçülməsində istifadə olunur.

“S60” modeli “Cat” brendi altında istehsal edilən cihazların istehsal xəttinə daxildir. “FLIR Systems” şirkəti qurğu üçün teplovizor modulunu tədarük edir.

Smartfon termik üsulla təsviri real vaxt rejimində 640x480 piksel təsvir ölçüsündə ekranda göstərir. Görüntünü həm şəkil, həm də video formasında saxlamaq olar.

“Cat S60” qurğusu xilasetmə əməliyyatlarında istifadə üçün (məsələn, güclü duman şəraitində insanları axtarmaq üçün) nəzərdə tutulub.

Bundan başqa, cihaz 1.8 metr hündürlükdən düşməyə dayanıqlıdır və 5 metrədək dərinliyində suda qala bilir. 2016-cı ildə mayın sonunda “Cat S60” modelinin satışa çıxarılacağı gözlənilir.


Müəllif:

Oxşar xəbərlər