26 Aprel 2016 00:19
1 136
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Ərəb Əmirliylərində aylıq gəliri 70 min dollar olan dilənçi saxlanılıb.

Teleqraf.com musavat.com-a istinadən bildirir ki, bu ölkədə dilənməyə icazə verilmir və qanunla cəzalandırılır.

Polisin məlumatına görə, Dubayda saxlanılan növbəti peşəkar dilənçi xarici vətəndaş olub.
Rəsmilər bildirib ki, dilənçilər əsasən pulları cümə günləri məscidlərin ətrafında və başqa tanınan ictimai yerlərdə qazanırlar.

Daxili işlər nazirliyindən verilən məlumata görə, 2016-cı ilin ilk üç ayında Dubayda 60 dilənən xarici vətəndaş həbs edilib.


Müəllif:

Oxşar xəbərlər