23 May 2016 19:14
2 251
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə 11 yaşlı iki qız uşağına təcavüz etməkdə ittiham olunan 61 yaşlı kişi 16 il azadlıqdan məhrum edilib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, zərərçəkən qızlar məhkəmədə təqsirləndirilən şəxs barəsində "hər 5 dəqiqə üçün əlavə pul ödəyirdi" deyiblər.

Təqsirləndirilən şəxs ittihamları rədd edərək bildirib ki, o, məhəllədə bütün uşaqlara konfet paylayıb, o cümlədən, işdə adları keçən iki qıza da.

S.K adlı qız bildirib ki, təqsirləndirilən şəxs onların qonşuluğunda yaşayıb: "Mənə konfet, şkolad verib evə aparırdı, orada mənə əl-qol atırdı. Və hər 5 dəqiqə üçün əlavə pul verirdi".

61 yaşlı kişinin hərəkətləri Türkiyədə ciddi narazılıq yaratmışdı.

Ayxan


Müəllif:

Oxşar xəbərlər