İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani İsrailin Yəmənin Qırmızı dənizdə yerləşən Hudeyda şəhərindəki limana hücumunu pisləyib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Tasnim” yazır.
"Yəmənlilər Qəzza zolağında qadın və uşaqları dəstəklədikləri üçün bir bədəl ödəməli olurlar”, - diplomat deyib.
İyulun 20-də İsrail Müdafiə Qüvvələri (IDF) Yəmənin Hudeyda şəhərindəki limana hücum edib. Hədəflər liman ərazisindəki neft obyektləri olub. Hücum nəticəsində bir neçə nəfər yaralanıb.
Bundan başqa, İran Xarici İşlər Nazirliyinin nümayəndəsi insidenti “İsrail hakimiyyətinin aqressiv mahiyyətinin təzahürü” adlandırıb. O, yəhudi dövlətinin hərəkətlərinin münaqişənin genişlənməsinə və bütün Yaxın Şərqdə hərbi əməliyyatların yayılmasına səbəb ola biləcəyini vurğulayıb.