29 İyul 11:26
1 265
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq yorulmuşam, istirahət etmək istəyirəm. Ailəm də gördü ki, mənim istirahətə ehtiyacım var.

Bunu Teleqraf.com-a VI çağırış Milli Məclisin üzvü olmuş Vahid Əhmədov deputatlığa namizədliyini geri götürməsini izah edərkən deyib.

“Burada başqa heç bir problem yoxdur. Bu, özümün istəyimdir”, - deyə o əlavə edib.

Vahid Əhmədov yeni parlament formalaşana qədər deputat statusunda qaldığını xatırladıb: “Elmlə, yoxsa başqa bir işlə məşğul olacağımla bağlı qərarlar ondan sonra veriləcək”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər