2 Avqust 09:09
5 201
12 Punto 14 Punto 16 Punto 18 Punto

Minimum əməkhaqqının artırılması gündəmdədir. Təbii ki, əməkhaqqı və digər sosial ödənişlərin artırılması dövlət büdcəsinə bağlı məsələdir. Çünki məhz dövlət büdcə zərfində bu məsələlər öz əksini tapır.

Bunu Teleqraf.com-a VI çağırış Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

O qeyd edib ki, büdcə zərfinə baxılarkən yaşayış minimumu və minimum əməkhaqqı ilə əlaqədar maliyyə ayrılır:

“Hazırda ölkəmizdə minimum əməkhaqqı 345 manatdır. Amma ümumilikdə ölkəmizdə 2023 və 2024-cü ildə əməkhaqqı ilə bağlı kifayət qədər artım olub. Son vaxtlar inflyasiya, müəyyən qiymət artımları ilə əlaqədər minimum əməkhaqqının artırılması zərurəti yaranıb”.

Komitə üzvü hesab edir ki, bu ilin noyabrında yeni formalaşacaq parlament büdcə zərfini müzakirə edərkən əməkhaqqı və digər sosial məsələlərdəki artımlar məsələsi gündəlikdə olacaq:

“Kifayət qədər artım etmək lazımdır. Çünki bu 700-750 minə yaxın insanın əməkhaqqısına təsir edəcək bir dəyişiklik olacaq. Proqnozlar ondan ibarətdir ki, minimum əməkhaqqının 400 manata yaxın həddə müəyyənləşməsi mümkündür”.

Vahid Əhmədova görə, burada aparılacaq hesablamaların da artıma təsiri olacaq:

“Əmək və Əhalinin Sosial Müdafiəsi və Maliyyə nazirlikləri müəyyən hesablamalar aparacaq. Ümumilikdə isə büdcə müzakirələrinin nəticəsi olaraq gələn ilin yanvarın 1-dən bu məsələ öz həllini tapa bilər”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər