5 Avqust 14:02
7 991
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizdə pensiya yaşının azaldılması ilə bağlı fərqli fikirlər var. Bir çox hallarda isə mövqelər haçalanır. Rəsmi dairələr hesab edir ki, Azərbaycan uzun ömürlülər diyarıdır. Müəllimlər, həkimlər pensiya yaşı çatdıqdan sonra pensiyaya çıxmır. Ona görə də, pensiya yaşının artırılması vacib sayılıb.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Əli Məsimli deyib.

O qeyd edib ki, reallıqda ölkəmizdə yüz yaşdan yuxarı insanlar 300 nəfərdən azdır:

“Eyni zamanda müəllimlər və həkimlər yüksək əməkhaqqı müqabilində pensiya almış olsalar təqaüd yaşı çatdıqda bir gün də işdə qalmaq istəməzlər. Onlar məhz aşağı həddə pensiya kapitalı toplandıqlarına görə təqaüd yaşı çatdıqdan sonra min bir minnətlə işdə qalmağa çalışırlar”.

Deputat dünyada pensiya ilə bağlı bir çox ölkələrin Çili təcrübəsindən istifadə etdiyini bildirib:

“Çilidə qadınların orta yaşı Azərbaycana nisbətdə çox olmasına baxmayaraq bu ölkədə kişilərlə qadınların pensiya yaşında fərq qoyulur. Ona görə də, Çilidə qadınların 60 yaşda pensiyaya çıxır. Azərbaycanda da bu təcrübəyə baxmaq olar. Kifayət qədər effektiv pensiya sistemi qurmaq üçün bu kimi mütərəqqi nümunələri nəzərdən keçirmək mümkündür”.

Əli Məsimliyə görə, Azərbaycanda qadınların pensiya yaşının bundan sonra artırmaqla 2027-ci ilə qədər 65 yaşa qədər çatdırılması yanlış qərardır:

“Bu proses mütləq dayandırılmalıdır. Çünki bu ölkədə hamı müəllim və həkim deyil. Ağır işlərdə çalışan qadınlar da var. Son dövrlər xüsusən ağır işlərdə çalışan qadınların vaxtından əvəl pensiyaya çıxması ilə bağlı bəzi addımlar atılır. Bu prosesin dairəsinin genişləndirilməsi vacibdir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər