Noyabrın 9-da Azərbaycanın Moskvakı səfirliyində səfir Rəhman Mustafayev Rusiya azərbaycanlılarının 30-dan çox regional təşkilatının rəhbərləri ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, görüş zamanı Rusiyada yaşayan azərbaycanlıların qarşılaşdığı aktual problemlər müzakirə edilib.
Tərəflər həmçinin iqtisadi və humanitar sahələrdə Azərbaycan – Rusiya layihələrinin həyata keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar, iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi prosesində Azərbaycan icmasının rolunun artırılmasının vacibliyini vurğulayıblar.