2024-cü ilin sona çatdığı bir vaxtda ABŞ Azərbaycanla təhlükəsizlik sahəsində uzunmüddətli əməkdaşlığının davam etməsinə sadiqdir.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi "X" hesabında paylaşım edib.
Qeyd edilib ki, keçən il iki ölkə terrorizm və insan alveri ilə mübarizə üzrə praktiki təlimlər keçirib:
"Azərbaycan Silahlı Qüvvələrinin bir neçə üzvünün ABŞ-nin yüksək hərbi institutlarını bitirməsi şərəfinə nail olduq. Biz, həmçinin Azərbaycanın NATO-nun təhlükəsizliyini daha da gücləndirəcək və qarşılıqlı fəaliyyətə dəstək verəcək çoxmillətli təlimlərdə gələcək iştirakının planlaşdırılmasını dəstəkləməkdən məmnunuq", - deyə məlumatda vurğulanıb.
2024-cü ilin sona çatdığı bir vaxtda ABŞ Azərbaycanla təhlükəsizlik sahəsində uzunmüddətli əməkdaşlığının davam etməsinə sadiqdir. Keçən il biz terrorizm və insan alveri ilə mübarizə üzrə praktiki təlimlər keçirdik və Azərbaycan Silahlı Qüvvələrinin bir neçə üzvünün ABŞ-ın yüksək… pic.twitter.com/2i20NiOxTw
— U.S. Embassy Baku (@USEmbassyBaku) December 31, 2024